DataLife Engine > dunya > İrəvanda tələbələrlə polis arasında TOQQUŞMA

İrəvanda tələbələrlə polis arasında TOQQUŞMA


15-11-2017, 13:31. Разместил: heqiqet İrəvanda tələbələrlə polis arasında TOQQUŞMA Ermənistanda hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələrlə polis əməkdaşları arasında toqquşma başlayıb.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, parlament binasına tərəfinə irəliləyən etirazçılar yolu bağlayıblar.
İrəvan polisinin rəis müavini Valeri Osipyan tələbələri ərazini tərk etməyə çağırıb. Polis əməkdaşları onları hadisə yerindən uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər və nəticədə toqquşma baş verib.
Вернуться назад