DataLife Engine > dunya > Rusiyalı sabiq nazirdən ŞOK AÇIQLAMA: "Təqaüdləri verməyə pul qalmayıb"

Rusiyalı sabiq nazirdən ŞOK AÇIQLAMA: "Təqaüdləri verməyə pul qalmayıb"


16-11-2017, 12:40. Разместил: heqiqet Rusiyalı sabiq nazirdən ŞOK AÇIQLAMA: "Təqaüdləri verməyə pul qalmayıb" Rusiyanın keçmiş maliyə naziri, hazırda Srateji Araşdırmalar Mərkəzinin rəhbəri olan Aleksey Kudrin sensasion bəyanatla çıxış edib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, sabiq nazir bildirib ki, hökumətin hazırkı təqaüdləri verməyə ehtiyatı qalmayıb.
O qeyd edib ki, hazırda Rusiya Federasiyasının Pensiya Fondunda defisit yaranıb: “Bu defisiti aradan qaldırmaq isə mümkün deyil. Biz hətta vergiləri qaldırsaq belə, defisitin yerini doldura bilməyəcəyik”.
Вернуться назад