DataLife Engine > dunya > Putin-Tramp danışığının mövzuları açıqlanıb

Putin-Tramp danışığının mövzuları açıqlanıb


22-11-2017, 10:11. Разместил: heqiqet Putin-Tramp danışığının mövzuları açıqlanıb ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin terrorla mübarizə sahəsində əməkdaşlıq, həmçinin Suriya, Ukrayna və KXDR-lə bağlı məsələləri müzakirə edib.
Bu barədə Ağ Evin məlumatında bildirilir.
Məlumata görə, telefon danışığı bir saatdan çox davam edib.
"Prezidentlər ABŞ və Rusiyanın noyabrın 11-də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində yaydığı birgə bəyanatı bir daha təsdiqləyib. Hər iki prezident BMT TŞ-in 2254 saylı qətnaməsinin icrasının və Suriyada vətəndaş müharibəsinin dinc yolla nizamlanması naminə Cenevrə prosesinin dəstəklənməsinin, qaçqın düşən suriyalıların yurdlarına dönməsinin, vahid Suriyanın stabilliyinin təmin edilməsinin zəruriliyini qeyd ediblər”, - deyə məlumatda qeyd olunub.
Вернуться назад