DataLife Engine > dunya > Pakistanda universitetə silahlı hücum olub - Tələbələr ölüb

Pakistanda universitetə silahlı hücum olub - Tələbələr ölüb


1-12-2017, 11:31. Разместил: heqiqet Pakistanda universitetə silahlı hücum olub - Tələbələr ölüb Pakistanda Kənd Təsərrüfatı Universitetinə silahlı hücum olub.
Peşavar şəhərində universitetə naməlum şəxslərin hücumu nəticəsində azı 11 nəfərin öldüyü bildirilir. Ölənlərdən 7 nəfərin tələbə olduğu qeyd olunub.
Şəhər polis şefi Tahir Xanın bildirdiyinə görə, hücum zamanı silahlılarla polis arasında atışma baş verib.
Hazırda universitetin ərazisi polis və təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb.
Hücuma görə məsuliyyəti "Taliban" terror təşkilatı öz üzərinə götürüb.
Вернуться назад