DataLife Engine > dunya > Qaydasız döyüş çempionu həbsdə xarakiri etdi - VİDEO

Qaydasız döyüş çempionu həbsdə xarakiri etdi - VİDEO


1-12-2017, 15:28. Разместил: heqiqet Qaydasız döyüş çempionu həbsdə xarakiri etdi - VİDEO Qarışıq döyüş sənətləri (MMA) üzrə Dağıstan çempionu Akim Quliyev istintaq təcridxanasında xarakiri edib.
Hadisə Mahaçqalada baş verib.
Tibb işçilərinin təcili müdaxiləsindən sonra idmançı xəstəxanaya yerləşdirilib. Qohumları Quliyevin polis işgəncələrinə məruz qaldığı üçün bu addımı atdığını bildirib.
Bir müddət əvvəl tanınmış MMA döyüşçüsü Həbib Nurmaqemedov da dövlət qurumlarına müraciət edərək, dostu Quliyevin hüquq-mühafizə orqanlarının əməkdaşlarının işgəncəsindən qorunmasını tələb edib.
Qeyd edək ki, Quliyevin Dağıstanın Rutulski rayonunun icra hakimiyyətinin binasını yandırmaqda şübhəli bilindiyi üçün həbs olunduğu söylənilir. Lakin idmançının qohumları ittihamı qəbul etmirlər.


Вернуться назад