Səudiyyə Ərəbistanında qadınlara daha bir qadağa aradan qaldırılır
14-12-2017, 09:50. Разместил: heqiqet
Səudiyyə Ərəbistanının Məclis əş-Şurası (Məsləhətçi Şura) qadınların hakim kimi çalışması ilə bağlı qadağanın ləğvini təklif edib.Təklifdə məqsəd vəzifə təyinatı zamanı cinsi ayrı-seçkiliyin aradan qaldırılması, hüquq fakültələrinin məzunlarına yeni imkanlar verilməsidir.
Qeyd edək ki, bundan əvvəl oktyabrda Səudiyyə kralı qadınlara avtomobil idarə etməyə, həmçinin 2018-ci ildən stadionlarda idman tədbirlərinə tamaşa etməyə icazə verilməsi haqqında fərmanlar imzalamışdı.
Вернуться назад