Terror hücumu nəticəsində Misir ordusunun 7 hərbi qulluqçusu öldürülüb
29-12-2017, 11:47. Разместил: heqiqet
Bu gün Sinay yarımadasının şimalında terrorçuların hücumu nəticəsində Misir ordusunun 7 hərbi qulluqçusu öldürülüb.Əl-Cəzirə telekanalının yaydığı məlumata görə, hərbçilərə Bir-əl-Abd yaşayış məntəqəsində hücum edilib. Həlak olanlar arasında bir ordu zabiti də var.
İnsidentlə bağlı ordu nümayəndələrindən hələlik rəsmi şərh verilməyib.
Xatırladaq ki, noyabrın sonlarında Bir-əl-Abd yaşayış məntəqəsindəki məsciddə terror aktı törədilmiş və nəticədə 300-dən çox insan həlak olmuş, 100 nəfərdən çox insan isə yaralanmışdı.
Вернуться назад