ABŞ və Türkiyə əcnəbi silahlıların Suriyaya axınını dayandırmaq qərarına gəlib
23-07-2015, 11:10. Разместил: heqiqet
ABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayyib Ərdoğan əcnəbi silahlıların Suriyaya axınının qarşısının alınmasına və Türkiyə-Suriya sərhədinin təhlükəsizliyinin təmin olunmasına dair razılığa gəliblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb.Məlumata əsasən, Obama ABŞ-ın Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına sadiqliyini təsdiqləyib.
“Tərəflər bu və digər regional məsələlər üzrə sıx əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəliblər”, deyə məlumatda bildirilir.
Вернуться назад