Bağdadda partlayış: azı 26 nəfər ölüb
15-01-2018, 13:54. Разместил: heqiqet
Hücumun hədəfi paytaxtın Ət-Təyran meydanı rayonunda çalışan bir qrup işçi olub. İlkin məlumata görə, partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib.
İraq Daxili İşlər Nazirliyi 16 nəfərin həlak olduğunu və 65 nəfərin yaralandığını təsdiqləyib.
Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.
Вернуться назад