İŞİD-in Türkiyə qanadının başçısı həbs edildi
27-07-2015, 17:46. Разместил: heqiqet
Türkiyədə İŞİD terror təşkilatının Türkiyə qanadının başçısı, Əbu Hanzala kimi tanınan Xalis Bayancuk həbs edilib.“Kanal7” telekanalının verdiyi məlumata əsasən, X.Bayancuk Türkiyə vətəndaşlarının cəlb edilib Suriya və İraqa göndərilməsində fəal iştirak edirmiş.
Xatırladaq ki, Ankarada, həmçinin İŞİD terror təşkilatının 15-dən çox döyüşçüsü həbs edilib.
Həbs edilənlərin hamısı Suriya və İraqın qeyri-qanuni silahlı qrupları, həmçinin İŞİD terror təşkilatının üzvləridir.
Qeyd edək ki, son günlər Türkiyədə solçu və ultraradikal islamçılara qarşı xüsusi əməliyyatlar aparılır.
Türkiyədə iyulun 24-dən aparılan antiterror əməliyyatları çərçivəsində 300 nəfərdən çox insan həbs edilib.
Вернуться назад