DataLife Engine > dunya > Ermənilərə görə Meksikadan Rusiyaya uçuş ləngidi

Ermənilərə görə Meksikadan Rusiyaya uçuş ləngidi


17-01-2018, 14:07. Разместил: heqiqet Ermənilərə görə Meksikadan Rusiyaya uçuş ləngidi Rusiyanın “Rossiya” aviaşirkətinin Meksikanın Kankun şəhərindən Moskvaya uçmalı olan reysi erməni vətəndaşları ilə əlaqədar ləngiyib.
Meksikanın hüquq-mühafizə orqanları 4 Ermənistan vətəndaşının deportasiyasını tələb edib.
Bununla əlaqədar, təyyarənin uçuşu bir neçə saatlıq ləngiyib. Daha sonra hava limanı uçuşa icazə verməyib. Nəticədə təyyarənin Moskvaya bu gün axşam saatlarında uçacağı planlaşdırılır.
Ermənistan vətəndaşlarının daha əvvəl ABŞ-dan sığınacaq istədikləri məlum olub. Hazırda hadisə ilə bağlı təfərrüatlar araşdırılır.
Вернуться назад