DataLife Engine > dunya > Türkiyədə avtomobillərdə pərdə və plyonkaya qadağanın ləğvi təklif olunur

Türkiyədə avtomobillərdə pərdə və plyonkaya qadağanın ləğvi təklif olunur


17-01-2018, 14:08. Разместил: heqiqet Türkiyədə avtomobillərdə pərdə və plyonkaya qadağanın ləğvi təklif olunur Türkiyədə avtomobillərdə pərdə, jalüz və plyonkadan istifadəyə olan qadağanın ləğvi üçün danışıqlar aparılır.
Bunu Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib.
F.Özlü qeyd edib ki, bir nazir olaraq bu qadağanın ləğvinin tərəfdarıdır: “Hazırda bu məsələ ilə bağlı rəhbərlik etdiyim qurum və Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyi arasında danışıqlar aparılır”.
Qeyd edək ki, Türkiyədə avtomobillərdə pərdə, jalüz və plyonkadan istifadəyə qadağa 1997-ci ildən tətbiq edilir. Avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə görə sürücülər 206 lirədən 427 lirəyə qədər cərimələnirlər.
Вернуться назад