DataLife Engine > dunya > Davosda güclü qar nəqliyyatın hərəkətini iflic edib

Davosda güclü qar nəqliyyatın hərəkətini iflic edib


23-01-2018, 10:25. Разместил: heqiqet Davosda güclü qar nəqliyyatın hərəkətini iflic edib Güclü qar İsveçrənin dağ-xizək kurortu Davosda nəqliyyatın hərəkətini iflic edib. Sabah bu kurort şəhərində Dünya İqtisadi Forumu açılacaq.
Ötən həftə başlayan və hələ də yağmaqda davam edən qar səbəbindən yanvarın 22-də günorta saatlarında Davos və Kolesters arasında qatarların hərəkəti tam dayanıb. Hazırda kəndlər arasında Forum təşkilatçıları tərəfindən verilmiş mikroavtobuslar işləyir. Lakin çoxlu qar kütləsi Davosun küçələrində hərəkəti olduqca çətinləşdirib: insanlar tıxaclarda uzun-uzadı gözləməli olurlar.
Bazar ertəsi günü İsveçrənin Qar və Uçqun Tədqiqatı İnstitutu İsveçrə Alpları, o cümlədən Davos rayonunda ən yüksək – beşinci dərəcə qar uçqunu təhlükəsi səviyyəsi barədə məlumat yayıb.
Вернуться назад