DataLife Engine > dunya > Los-Ancelesdə orta məktəbdə atışma olub

Los-Ancelesdə orta məktəbdə atışma olub


2-02-2018, 10:31. Разместил: heqiqet Los-Ancelesdə orta məktəbdə atışma olub Fevralın 1-də Los-Anceles şəhərinin Salvador B.Kastro adına orta məktəbində iki yeniyetmə silahla vurulub. Rəsmilərin verdiyi məlumata görə, atəş açan 12 yaşlı qız hadisə ilə bağlı şübhəli qismində saxlanılıb. Yaralananlardan biri 15 yaşında gənc baş nahiyəsindən ciddi xəsarət alıb. Digər yeniyetmə, 15 yaşında qız biləkdən yüngül yaralanıb.
Polisin verdiyi açıqlamaya görə, cinayətin dəqiq səbəbləri hələ məlum deyil.
Вернуться назад