Terrorçular Türkiyədə qaz borusunu partlatdı
28-07-2015, 12:08. Разместил: heqiqet
Türkiyənin Ağrı əyalətində terrorçular qaz borusunu partladıb. APA-nın məlumatına görə, Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin bəyanatında partlayışın İran-Türkiyə qaz borusunda törədildiyi bildirilir. “Ağrı əyalətində İran-Türkiyə magistral qaz borusu xəttinin 15 km-də partlayış törədilib. Nəticədə baş verən yanğın qısa zamanda söndürülüb. Qaz borusu təmir edildikdən sonra qazın Türkiyəyə verilişi bərpa olunacaq”, deyə nazir Taner Yıldızın bəyanatında bildirilir.
Вернуться назад