DataLife Engine > dunya > Türkiyədə hakim partiya üzvünün maşını qəzaya uğrayıb: yaralılar var

Türkiyədə hakim partiya üzvünün maşını qəzaya uğrayıb: yaralılar var


8-02-2018, 10:58. Разместил: heqiqet Türkiyədə hakim partiya üzvünün maşını qəzaya uğrayıb: yaralılar var Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə heyətinin üzvü Zeynəb Alkışın avtomobili qəzaya uğrayıb.
Hadisə Şanlıurfa vilayətində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində Z.Alkış və ailə üzvləri xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta qiymətləndirilir.
Təfərrüatlar barədə məlumat verilmir.
Вернуться назад