DataLife Engine > dunya > ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyir

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyir


19-02-2018, 10:52. Разместил: heqiqet ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyir ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını istisna etmir.
Bunu Tillerson "CBS” telekanalına müsahibəsində bildirib.
Müsahibə zamanı Dövlət Departamentinin rəhbərinə "niyə Administrasiya Konqresin qərarında nəzərdə tutulan sanksiyaları tam qaydada qəbul etmir” sualı verilib.
Tillerson bu istiqamətdə addımların atıldığını deyib: "Hazırki qanunvericiliyə əsasən, Rusiya hərbi texnikasının satılmasına dair bir neçə razılığın qarşısı alınıb. Həmçinin bir neçə şəxsə qarşı sanksiyaların tətbiq olunması imkanını nəzərdən keçiririk”.
Вернуться назад