"Ford” və "Changan” 560 mindən çox avtomobili geri çağırdı
20-02-2018, 10:24. Разместил: heqiqet
Bu, avtomobillərin əyləc sistemindəki qüsurlara əlaqələndirilib.
Bildirilir ki, geri çağırılma 2013-2016-cı illərdə istehsal olunmuş təxminən 370 min "Mondeo” modeli və 2014-2017-ci illərdə buraxılan 200 min "Edge” modelinə şamil edilib.
Qeyd olunur ki, həmin avtomobillərin əyləc şlanqının materialları möhkəm deyil və bu, ekstremal şəraitdə təhlükə yarada bilər.
Şirkətdən bildirilib ki, fevralın 25-də başlayacaq geriçağırma prosesində bütün qüsurlu hissələr "Changan Ford” birgə müəssisəsinin hesabına dəyişdiriləcək.
Вернуться назад