XİN: "İncirlik" bazası terrorçularla mübarizə üçün istifadəyə veriləcək
29-07-2015, 18:30. Разместил: heqiqet
Türkiyənin Adana vilayətindəki "İncirlik" hərbi bazası İŞİD terror təşkilatı ilə mübarizədə istifadə oluna bilər.Bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Məlumatda deyilir ki, İŞİD-ə qarşı mübarizədə bazadan istifadəyə başlanma tarixi hələ müəyyənləşməyib, lakin baza İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirən ABŞ və koalisiya qüvvələrinin istifadəsinə yaxın günlərdə verilə bilər.
Вернуться назад