DataLife Engine > dunya > "Mercedes Benz" avtomobillərini geri çağırır

"Mercedes Benz" avtomobillərini geri çağırır


22-02-2018, 11:48. Разместил: heqiqet "Mercedes Benz" avtomobillərini geri çağırır "Mercedes Benz" şirkəti 1500-ə yaxın avtomobilini geri çağırıb.
Qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.
Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər.
Qeyd edək ki, geri çağırılma 2014-2015-ci illərdə Rusiyada satılmış "V-Klasse" və "VITO" modellərinə şamil olunur.
Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

Вернуться назад