ŞOK: Şimali Koreya ABŞ və Cənubi Koreyayla müharibəyə hazırlaşır
30-07-2015, 12:34. Разместил: heqiqet
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkəsinin Amerika Birləşmiş Ştatları və Cənubi Koreyaya qarşı müharibəyə hazırlaşdığını bəyan edib.Kim Çen In Hərbi Hava Qüvvələrinin (HHQ) təlimlərində deyib ki, bu təlimlər müharibəyə hazırlığın bir hissəsidir.
“Bu müharibə öz miqyasına görə 65 il əvvəlki müharibədən geri qalmayacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Şimali Koreya HHQ-nin təlimləri 1950-1953-cü illər Koreya müharibəsinin başa çatmasını bildirən atəşkəs haqqında sazişin imzalanmasının 62-ci ildönümü münasibəti ilə keçirilib.
Вернуться назад