Ərəb Əmirliklərində Türkiyə seriallarına qadağa qoyuldu
6-03-2018, 10:52. Разместил: heqiqet
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi Dubayda yerləşən ”Orta Şərq Yayım Mərkəzi” (MBC) 11 telekanala Türkiyə istehsalı olan serialları nümayiş etdirməyə qadağa qoyub.Mərkəzin sözçüsü Mazen Hayek məlumatı təsdiqləyib.
Bununla yanaşı, o daha "güclü ərəb serialı çəkəcəklərini” də vurğulayıb.
Bildirilib ki, Mərkəz bütün telekanallara bu barədə təlimat göndərib.
MBC 1991-ci ildə Londondan peyk vasitəsilə ərəb dilində yayımlanan ilk xüsusi telekanaldır. 2002-ci ildə baş ofisi Dubaya köçürülən Mərkəzin hazırda 11 kanalı fəaliyyət göstərir.
Qeyd edək ki, Türkiyənin serial sektoru üçün Yaxın Şərq ən əhəmiyyətli bazardır. Məsələn, Yaxın Şərqdə ABŞ-ın ən bahalı serialının satış qiyməti 30 min dollar təşkil edirdisə, türk serialı bundan dörd dəfə baha – 120 min dollar idi.
Onu da bildirək ki, türk serialları dünyanın 140 ölkəsinə ixrac edilir. Son səkkiz il ərzində teleseriallardan gəlirlər 30 dəfə artıb. Serial ixracı üzrə gəlirlər 2008-ci ildə 10 milyon dollar idisə, 2016-ci ildə bu rəqəm 350 milyon dollar olub. Hədəf 2023-cü ilə qədər serial ixracatından gəlirləri 1 milyard dollara yüksəltməkdir.
Вернуться назад