DataLife Engine > dunya > Rusiyada təyyarə qəzasında həlak olan Azərbaycan vətəndaşının meyiti müəyyənləşib

Rusiyada təyyarə qəzasında həlak olan Azərbaycan vətəndaşının meyiti müəyyənləşib


12-04-2018, 11:08. Разместил: heqiqet Rusiyada təyyarə qəzasında həlak olan Azərbaycan vətəndaşının meyiti müəyyənləşib Mütəxəssislər Rusiyada "An-148" təyyarəsinin qəzaya uğraması zamanı həlak olan Azərbaycan vətəndaşının meyitini müəyyən edib.
Meyit yaxınlarına təhvil verilib və dəfn olunmaq üçün təyyarə ilə yola salınıb.
Qeyd edilib ki, bu, həmin qəzadan sonra tapılan ilk meyitdir.
Orenburq vilayətinin qubernatoru deyib ki, həlak olanların meyitlərinin DNT analizi bir aydan çox vaxt aparacaq.
Xatırladaq ki, fevralın 11-də Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.
Вернуться назад