“Respublikaçılar iqtidarda qalmayacaq” - Paşinyan yenidən etiraza başladı
25-04-2018, 11:39. Разместил: heqiqet
Bunu Yelk (Çıxış) fraksiyasının rəhbəri, Ermənistandakı küçə hərəkatının lideri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, nümayişçilər hakimiyyətə öz istəyini diqtə etməlidir:
"Ölkə rəhbərliyi bizim tələblərimizin hamısını qəbul etməlidir. Ona görə də, günlərdir küçələrdə növbə çəkən insanlarımızı bu gün saat 11:00-dan başlayaraq vətəndaş itaətsizliyinə çağırıram. Həmin vaxt biz də Respublika meydanında olacağıq. Anlamalıdırlar ki, Respublikaçılar bir də hakimiyyət başına keçməyəcək. Əvvəlki idarəetmə sisteminə qayıtmamaq üçün konkret addımlar atılmalıdır”.
Qeyd edək ki, Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyanla görüşü nəzərdə tutulsa da məlum olmayan səbəbdən görüş alınmayıb.
Вернуться назад