DataLife Engine > dunya > ABŞ-ı qorxu içində saxlayan peşəkar qatil tutuldu - Polis olub

ABŞ-ı qorxu içində saxlayan peşəkar qatil tutuldu - Polis olub


26-04-2018, 11:47. Разместил: heqiqet ABŞ-ı qorxu içində saxlayan peşəkar qatil tutuldu - Polis olub ABŞ Kaliforniya ştatında keçmiş polis zabiti olan 72 yaşlı Jozef Ceyms Deangelo adlı şəxs çoxsaylı qətllərdə şübhəli bilinərək həbs edilib.
Ştatın Sakramento şəhərində tutulan veteran polisin 1976-1986-cı illər ərzində 12 nəfəri öldürdüyü, 51 nəfəri zorladığı, 120 evi isə taladığı üzə çıxıb.
Uzun illər ABŞ mediasının "Golden State qatili" ləqəbi verdiyi naməlum cinayətkarın məhz həmin illərdə polis orqanlarında işləmiş şəxs olduğu məlum olub.
Bildirilir ki, Deangelo 1979-cu ildə oğurluq əməlinə görə polis sistemindən xaric edilib. Onun zorladığı 50 qadının ən kiçiyinin 12, ən yaşlısının isə 41 yaşı olub.
ABŞ-ı qorxu içində saxlayan peşəkar qatil tutuldu - Polis olub
Вернуться назад