ABŞ Krım körpüsünün açılışından narahatdır
16-05-2018, 10:46. Разместил: heqiqet
ABŞ Krım körpüsünün istifadəyə verilməsindən narahatdır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert bildirib.
Onun sözlərinə görə, körpünün tikintisi naviqasiyaya problem yaradıb.
“Biz bunu diqqətlə izləyirik və bu bizi çox narahat edir”, - deyə Xizer Nauert bildirib.
Onun sözlərinə görə, Dövlət Departamentində körpünün təntənəli açılış mərasimini və Rusiya prezidenti Vladimir Putinin idarə etdiyi yük maşınının körpüdən keçməsini izləyiblər.
Böyük Britaniya da Krım körpüsünün açılışını pisləyib.
Вернуться назад