DataLife Engine > dunya > İŞİD Belçikadakı hücuma görə cavabdehliyi öz üzərinə götürüb

İŞİD Belçikadakı hücuma görə cavabdehliyi öz üzərinə götürüb


31-05-2018, 11:09. Разместил: heqiqet İŞİD Belçikadakı hücuma görə cavabdehliyi öz üzərinə götürüb İŞİD terror qruplaşması Belçikanın Lyej şəhərində baş verən terror aktına görə cavabdehliyi öz üzərinə götürüb.
Mayın 29-u Benjamin Erman adında şəxs şəhərin mərkəzində insanlara hücum edib. O, 2-si polis olmaqla 3 nəfər qətlə yetirib. Bundan əlavə onun daha əvvəl bir nəfəri də qətlə yetirdiyi bildirilir.
Polis əməkdaşları hücum edən şəxsi saxlmaq istəyən zaman, o 4 polis əməkdaşını yaralayıb. Polislər B.Ermanı güllələmək məcburiyyətində qalıb.
Вернуться назад