DataLife Engine > dunya > ABŞ yeni nüvə bombasını sınaqdan keçirdi

ABŞ yeni nüvə bombasını sınaqdan keçirdi


3-07-2018, 10:52. Разместил: heqiqet ABŞ yeni nüvə bombasını sınaqdan keçirdi ABŞ Hərbi-Hava Qüvvələri Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi ilə birlikdə ilk dəfə olaraq "B-2 Spirit" strateji bombardmançı təyyarələrlə "B61-12" idarə olunan nüvə bombasını sınaqdan keçirib.
Bu barədə nazirliyin press-relizində bildirilir.
Məlumata görə, təyyarənin nüvə bombasını daşımaq qabiliyyətini müəyyənləşdirmək və bombanın qeyri-nüvə funksiyalarını nümayiş etdirmək məqsədi ilə keçirilən sınaqlar birgə testlərin tərkib hissəsidir.
Qeyd olunan bombanın sınağı bundan əvvəl F-15E qırıcı təyyarənin vasitəsi ilə 2 dəfə Nevada ştatındakı poliqonda keçirilib.
Вернуться назад