İsrail raket atdı, iki fələstinli öldü
18-09-2018, 10:24. Разместил: heqiqet
Bu barədə çərşənbə axşamı "Sama News" portalı məlumat yayıb.
Bildirilir ki, pilotsuz uçan aparat anklavın cənub hissəsində yerləşən Xan Yunis şəhərindən şərqdə bir qrup gəncə raket atıb. Ölənlərin meyitləri çərşənbə axşamına keçən gecə dağıntılar altından çıxarılıb, daha bir ərəb isə ağır yaralanıb.
İsrail mətbuatının yazdığına görə, fələstinli gənclərə onlar təhlükəsizlik çəpərini keçərək partlayıcı qurğuya bənzər əşyanı quraşdırmaq istəyən zaman hücum edilib.
Вернуться назад