DataLife Engine > dunya > Hindistanda leysan yağışlar nəticəsində ən azı 11 nəfər həlak olub

Hindistanda leysan yağışlar nəticəsində ən azı 11 nəfər həlak olub


25-09-2018, 12:17. Разместил: heqiqet Hindistanda leysan yağışlar nəticəsində ən azı 11 nəfər həlak olub Hindistanda yağan leysan yağışlar nəticəsində ən azı 11 nəfər ölüb.
Trend-in "Times of India"ya istinadən verdiyi məlumata əsasən, leysan yağışlar və onların törətdiyi torpaq sürüşmələri nəticəsində bir neçə nəfər xəsarət alıb. Yağışlar əsasən ölkənin şimal ştatlarına (Cammu, Kaşmir, Pencab, Himaçal-Pradeş və Haryana) ziyan vurub.
Qeyd olunur ki, Pencab ştatında qırmızı təhlükə səviyyəsi elan olunub, Cammu, Kaşmir və Himaçal-Pradeşin əksər hissəsində məktəblər bağlanıb.
Вернуться назад