Çində 9 məktəblini qətlə yetirən şəxs edam edilib
27-09-2018, 10:27. Разместил: heqiqet
Çinin Ali Xalq Məhkəməsi 9 məktəblini qətlə yetirən şəxsin ölüm hökmünün icrasını təsdiq edib.Qəsdən adam öldürməkdə ittiham edilən Çjao Çeveya sentyabrın 27-si səhər saatlarında edam edilib.
Qeyd edək ki, Çinin Şensi əyalətində aprelin 27-si 1990-cı il təvəllüdlü Çjao Çeveya məktəbdən qayıdan məktəblilərə xəncərlə hücum edib. Hücum nəticəsində 9 məktəbli həlak olub, 12-si isə xəsarət alıb.
Вернуться назад