DataLife Engine > dunya > ATƏT müşahidəçiləri Donbasda atəşə tutulub

ATƏT müşahidəçiləri Donbasda atəşə tutulub


12-08-2015, 10:48. Разместил: heqiqet ATƏT müşahidəçiləri Donbasda atəşə tutulub
ATƏT müşahidəçiləri ötən gün növbəti dəfə Donbasda atəşə tutulub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın hazırkı sədri, Serbiya XİN rəhbəri İvitsa Daçşiçin bəyanatında bildirilir.
ATƏT rəhbəri qeyd edib ki, bu hadisədən sonra o növbəti dəfə münaqişə tərəfləri Xüsusi monitorinq qrupunun işinə əngəl törətməməyə çağırıb.
Bundan əvvəl Ukrayna XİN-i Donbasda atəşkəsin pozulması təhlükəsi olduğundan Rusiya hakimiyyətini tədbir görməyə çağırıb.
Qeyd edək ki, avqustun 10-na keçən gecə Donetskdə naməlum şəxslər ATƏT müşahidə missiyasına məxsus 7 avtomobil yandırıb.





Вернуться назад