DataLife Engine > dunya > “WikiLeaks”dən 100 minlik vəd

“WikiLeaks”dən 100 minlik vəd


12-08-2015, 11:23. Разместил: heqiqet “WikiLeaks”dən 100 minlik vəd Qalmaqallı WikiLeaks internet resursu Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığına dair Avropa Birliyi ilə ABŞ arasında planlaşdırılan anlaşma (TTİP) haqda informasiyaya görə 100 min avro vəd edir.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə portalın Most Wanted bölümündə xəbər verilir.
“Anlaşma demək olar, bütünlüklə gizli saxlanılır, onu danışıq iştirakçıları qoruyur və yalnız iri korporasiyalar onun şərtlərinə çıxış imkanına malikdir” – izahatda qeyd olunur.
Məlumatlara görə, portalın müəllifləri bu anlaşmanı “Avropanın ən arzu olunan məxfiliyi” adlandırırlar və iddia edirlər ki, TTİP və Ticarətə dair Şərtlər üzrə Müqavilə (TİSA) 53 ölkəyə, 1.6 milyard insana və dünya iqtisadiyyatının 2/3-nə təsiri olacaq.
Вернуться назад