DataLife Engine > dunya > Angela Merkel növbəti kansler seçkilərində namizədliyini irəli sürməyəcək

Angela Merkel növbəti kansler seçkilərində namizədliyini irəli sürməyəcək


30-10-2018, 10:19. Разместил: heqiqet Angela Merkel növbəti kansler seçkilərində namizədliyini irəli sürməyəcək Almaniya kansleri Angela Merkel 2021-ci ildə keçiriləcək növbəti kansler seçkilərində namizədliyini irəli sürməyəcək.
Merkel bunu Berlində mətbuat konfransında bildirib. O, həmçinin təsdiqləyib ki, Xristian-Demokratik İttifaqının dekabr ayında keçiriləcək sədr seçkilərində də iştirak etməyəcək.
Almaniya hökumətinin başçısı bu qərarını Hessendə regional seçkilərin nəticələrinə əsasən XDİ-nin iflasa uğraması fonunda elan edib. Partiya həmin seçkilərdə qələbə qazansa da, 2013-cü ildə keçirilən əvvəlki seçkilərlə müqaisədə 11,3 faiz səs itirib.
Xatırladaq ki, Angela Merkel hökumətə 2005-ci ildən, Xristian-Demokratik İttifaqına isə 2000-ci ildən rəhbərlik edir.
Вернуться назад