Türkiyədə təhlükəli terrorist öldürüldü - Başına 300 min pul qoyulmuşdu
2-11-2018, 10:05. Разместил: heqiqet
Türkiyədə məşhur terroristlərdən biri öldürülüb.
Bu haqda informasiyanı ölkənin daxili işlər nazirliyi yayıb.
Məlumata görə, o, Diyarbakırdə Lice-Türeli kəndinin ərazisində zərərsizləşdirilən 4 terrorçudan biri olub.
Terrordan axtarılanlar siyahısında onun başına 300 min TL mükafat qoyulmuşdu.
Onun "Boz kateqoriyada" yer alan "Baran-Amed-Kino" kod adlı İlyas Karakoç olduğu aşkar edilib.
Вернуться назад