İstanbulda yenə dəniz reysləri təxirə salındı - Bu dəfə 3 gün
26-11-2018, 12:10. Разместил: heqiqet
Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması olub. Sinoptiklər əlverişsiz hava şəraitinin hələ 3 gün davam edəcəyini proqnozlaşdırıblar.
Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, İstanbul akvatoriyasında dəniz reysləri əlverişsiz hava şəraiti ilə əlaqədar sonuncu dəfə noyabrın 16-da təxirə salınıb.
Вернуться назад