DataLife Engine > dunya > 17 yaşlı Güneli öldürüb meyitini kolluğa atdılar

17 yaşlı Güneli öldürüb meyitini kolluğa atdılar


18-12-2018, 10:19. Разместил: heqiqet 17 yaşlı Güneli öldürüb meyitini kolluğa atdılar Rusiyada itkin düşmüş 17 yaşlı qız ölü tapılıb.
Rusiya mediası xəbər verir ki, polis əməkdaşları İrkutsk vilayətinin Nijneudinsk şəhərində dekabrın 6-da yoxa çıxmış XI sinif şagirdi Günel Rəhim qızı Dadaşovanın meyitini aşkar ediblər.
Bildirilir ki, qızın meyiti Udaçayının kənarında kolluqda tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olub.
G. Dadaşovanı qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə (15 və 17 yaşlarında) saxlanılıb. Onlar qətli tamah məqsədilə törətdiklərini bildiriblər.
Yeniyetmələr G. Dadaşovaya çoxlu sayda bıçaq zərbələri endiriblər.
Faktla bağlı cinayət işi açılıb.
Вернуться назад