Tramp hərbi xidmətdən yayınıb
27-12-2018, 13:22. Разместил: heqiqet
Bu barədə "New York Times"a Nyu-York ortopedi Larri Braunstaynın qızları deyib.
Qadınların sözlərinə görə, onların atası inşaat maqnatı Fred Trampla yaxşı tanış imiş və "ona göstərdiyi xidmət" barədə danışmağı xoşlayırmış.
Onlar iddia edirlər ki, 1968-ci ildə (bu zaman Vyetnamda müharibə gedirdi) həkim Fredin 22 yaşlı oğlu Donalda əslində olmayan ayaqda sümük çıxıntısı diaqnozu qoyub.
Həmin vaxtlar ABŞ-da bu diaqnoz qanuni olaraq hərbi xidmətdən yayınmaq üçün kifayət edirmiş.
Bildirilir ki, bunadək Donald Tramp təhsil ilə əlaqədar 4 dəfə hərbi xidmətdən möhlət alıb.
Вернуться назад