Səksən altı yaşlı yapon səyyah Akonkaqua zirvəsini fəth etmək niyyətindədir
3-01-2019, 10:54. Разместил: heqiqet
86 yaşlı Y.Miuranın direktoru olduğu məktəbin 15 şagirdi onu yola salmaq üçün yanvarın 2-də Tokionun "Haneda” aeroportuna gəlib.
Y.Miura məktəblilərə bildirib ki, onların arzuları onun enerjisini artırır və onu daha da cəsarətli edir. Eyni zamanda, şagirdlərin gətirdikləri Yeni il şirniyyatları da ona güc verir.
Qeyd edək ki, And dağlarında yerləşən Akonkaqua zirvəsi 6960 metr hündürlüyə malikdir. İndiyədək bu zirvəni fəth etmək üçün göstərilən 10 cəhddən yalnız üçü uğurla nəticələnib.
Вернуться назад