Türkiyədə oteldə baş verən yanğında xəsarət alanlar arasında azərbaycanlıların olması araşdırılır
20-08-2015, 19:03. Разместил: heqiqet
Azərbaycanın Türkiyədəki səfirliyi kurort şəhəri Kəmərdə oteldə baş verən yanğın nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olub-olmamasını müəyyənləşdirir. Bu barədə səfirlikdən məlumat verilib.Türkiyə mətbuatının verdiyi məlumata görə, ötən gün “Stardust Beach Hotel” hotelinin saunasında yanğın baş verib.
Hadisə yerinə gələn yanğınsöndürmə briqadası hoteldə qalanları təxliyə edib.
Hazırda yanğının səbəbləri araşdırılır.
Вернуться назад