DataLife Engine > dunya > Parisdə güclü yanğında ölənlərin sayı 7-yə çatıb, 28 yaralı var

Parisdə güclü yanğında ölənlərin sayı 7-yə çatıb, 28 yaralı var


5-02-2019, 13:53. Разместил: heqiqet Parisdə güclü yanğında ölənlərin sayı 7-yə çatıb, 28 yaralı var Fransanın paytaxtı Parisin cənub-qərbində güclü yanğın olub.
Hadisə şəhərin 16-cı dairəsinin Erlanje küçəsindəki 8 mərtəbəli binada qeydə alınıb.
Gecə saatlarında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb, 28 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti son dərəcə ağırdır.
Ərazidə 200-ə yaxın yanğınsöndürən çalışır. Qonşu binaların sakinləri təxliyə olunub.
Hadisənin səbəbi hələ məlum deyil.
Вернуться назад