Cənubi Koreyada zavodda partlayış baş verib, ölənlər var
14-02-2019, 13:12. Разместил: heqiqet
"Yonhap" agentliyinin verdiyi məlumata görə, yerli vaxtla saat 08:42-də baş verən partlayış nəticəsində azı 3 nəfər həlak olub.
Bildirilir ki, partlayışdan sonra zavodda yanğın başlayıb. Hadisə yerinə 40 yanğınsöndürmə texnikası cəlb edilib.
Yanğından mühafizə orqanları partlayışın səbəbini müəyyən etmək məqsədilə araşdırma aparırlar.
Qeyd edək ki, sözügedən zavodda ötən ilin may ayında baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə ağır yaralanmışdı.
Вернуться назад