ABŞ Kuba, Venesuela və Nikaraquaya qarşı yeni sanksiyaları tətbiq etdi
18-04-2019, 11:40. Разместил: heqiqet
"İnterfaks” agentliyi xəbər verir ki, bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Mayamidə proqram nitqiylə çıxışında deyib.
"Elan etməyə şadam ki, Birləşmiş Ştatlar bu gün "Bancorp"a, [Nikaraqua prezidenti Daniel] Orteqanın "qara xəzinəsi"nə qarşı sanksiyalar tətbiq edəcək. Bu gün biz həmçinin rejimin varisi olan və böyük korrupsiya sxemlərinə cəlb olunan Laureano Orteqaya qarşı sanksiyaları elan edirik", - Ağ Evin rəsmisi söyləyib.
Bolton əlavə edib ki, Vaşinqton Venesuela Milli Bankına qarşı sanksiyalar, həmçinin Kubada qohumları olmayan amerikalıların oraya səfər etmələrinə məhdudiyyət tətbiq edir.
Вернуться назад