Odessa milisinin rəisi 20 000 dollar rüşvət alarkən tutuldu
28-08-2015, 12:28. Разместил: heqiqet
Ukrayna DİN-in Odessa şəhəri üzrə İdarəsinin yeni təyin edilmiş rəisi Oleq Makuxa avqustun 27-də 20 min dollar məbləğində rüşvət alan zaman saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına əsasən, məmur korporativ münaqişəyə qanunsuz dəstək göstərməsinə görə külli miqdarda pul tələb edib.Qeyd edək ki, Oleq Makuxa Ukrayna DİN-in Odessa üzrə İdarəsinin rəisi vəzifəsinə iyulun 1-də Odessa vilayətinin milis idarəsinin yeni rəisi Georgi Lortkipanidze tərəfindən təyin edilib. Yeni təyinatınadək Oleq Makuxa Nikolayev vilayətində Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Вернуться назад