DataLife Engine > dunya > Haftardan atəşkəs açıqlaması – Putinə məhəl qoymadı...

Haftardan atəşkəs açıqlaması – Putinə məhəl qoymadı...


10-01-2020, 15:03. Разместил: heqiqet Haftardan atəşkəs açıqlaması – Putinə məhəl qoymadı... Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftar Türkiyə və Rusiyanın atəşkəs çağırışını rədd edərək hərbi əməliyyatlara davam edəcəyini açıqlayıb.
Liviya Milli Ordusunun rəsmi nümayəndəsi, general Əhməd əl-Mismari sosial mediadan yanvarın 12-dən etibarən atəşkəsə əməl olunması çağırışına cavab verib.
Haftarın sözçüsü Türkiyənin adını çəkmədən məsələ ilə bağlı paylaşım edib: "Putinin atəşkəs çağırışını məmnuniyyətlə qarşılayırıq. Lakin Tripolini ələ keçirən və bəzi ölkələrin dəstəyini alan terror təşkilatlarına qarşı savaşımız axıradək davam edəcək”./teleqraf
Вернуться назад