Yaponiyada müsəlmanlar Qurban bayramını belə qeyd edib
31-07-2020, 08:16. Разместил: heqiqet
Temperaturu ölçülərək məscidə buraxılan insanlara məsafə saxlamaları, maskadan istifadə etmələri və gigiyenik qaydalara əməl etmələri tövsiyə olunub.
Məscidin imamı Məhəmməd Rüfət Çinar iki dəfə bayram namazı qıldırdıqdan sonra yapon, ərəb, ingilis və türk dillərində xütbələr oxuyub.
Qeyd edək ki, pandemiya səbəbindən fevral ayının sonundan bağlanan "Tokyo" məscidi iyunun əvvəlindən ibadət üçün açılıb.
Вернуться назад