Rusiyada gəmi batıb - 17 ölü
28-12-2020, 07:13. Разместил: heqiqet
Rusiyanın şimalında, Barents dənizində batan balıqçı gəmisində itkin düşən 17 nəfərin öldüyü ehtimal edilir.Rusiya mətbuatı yazır ki, suyun temperaturu aşağı olduğundan onların sağ qala biləcəyi ehtimalı yoxdur.
10:22
Rusiyanın şimalında, Barents dənizində balıqçı gəmisi batıb.
Hadisə nəticəsində 17 nəfər itkin düşüb. Gəmidə 19 nəfər olub.
İki balıqçı xilas edilib. Hazırda itkin düşənlərin axtarışları davam edir. Axtarış əməliyyatlarına 4 gəmi cəlb edilib.
Balıqçı gəmisinin buzlaşma ilə əlaqədar batdığı ehtimal olunur.
Вернуться назад