DataLife Engine > dunya > Ermənistanın "silah baronu" saxlanılıb

Ermənistanın "silah baronu" saxlanılıb


1-02-2021, 08:11. Разместил: heqiqet Ermənistanın "silah baronu" saxlanılıb Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin "silah baronu" kimi tanınan iş adamı David Qalstyanı saxlayıb.
O, Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız silah-sursat tədarük etməkdə təqsirli bilinir.
Bundan başqa, D.Qalstyan iri məbləğdə dövlət vəsaitini mənimsəməkdə ittiham olunub.
Qeyd olunur ki, "silah baronu" öz şirkəti vasitəsilə Ermənistan Müdafiə Nazirliyi ilə silah satışı barədə saziş imzalayıb.
Amma məlum olub ki, Ermənistan ordusuna müqavilədə göstərilən silahlardan fərqli, 1970-ci illərin silah-sursatı tədarük olunub. Saziş nəticəsində D.Qalstyan 1 milyon dollardan çox gəlir əldə edib.
Вернуться назад