Çili prezidenti pandemiya səbəbindən Müəssislər Məclisi seçkilərinin təxirə salınmasına dair qanun imzaladı
7-04-2021, 07:42. Разместил: heqiqet
Bu barədə ölkə hökümətinin "Twitter" səhifəsində bildirilib.
Məlumatda deyilir: "Prezident Sebastyan Pinyera qubernatorlar, bələdiyyə başçıları, şəhər şura üzvləri və Müəssislər Məclisi üzvləri seçkilərinin 15 və 16 may tarixlərinə təxirə salınmasını nəzərdə tutan konstitusiya islahatını imzalayıb".
Seçkilərin təxirə salınmasına dair qanun layihəsi son həftələrdə müşahidə olunan koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbindən prezidentin təşəbbüsü ilə parlamentə göndərilib.
Вернуться назад