İŞİD sıralarında 1800 rusiyalı döyüşür
18-09-2015, 10:52. Разместил: heqiqet
İŞİD terror qruplaşmasının sıralarında 1800 Rusiya vətəndaşı döyüşür. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya DİN rəhbəri Vladimir Kolokoltsev bildirib. “DİN-in hesablamalarına görə, İŞİD sıralarında 1800 Rusiya vətəndaşı döyüşür, 477 cinayət işi başlanıb”, deyə o qeyd edib.
Bundan əvvəl Rusiya Milli Antiterror Komitəsi Suriyada İŞİD terror qruplaşmasının sıralarında 800-1500 Rusiya vətəndaşının vuruşduğunu bildirib, onlardan 170 nəfərinin döyüşlərdə öldüyü qeyd olunub.
Вернуться назад